Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gerye Maksim Medvedevə söz atdı

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Donald Gerye "Qarabağ"da çıxış etdiyi vaxtda avrokuboklardakı oyunları haqda danışıb.

Press.az xəbər verir ki, hazırda Kiprin "Apollon" komandasının şərəfini qoruyan haitili futbolçu  "Kerkida" saytına müsahibəsində əvvəlcə "Sportinq"lə (Portuqaliya) matçı xatırlayıb:

"Həmin görüşdə Luiş Nani Maksim Medvedevin cinahında istədiyini edirdi. Cinahını dəyişdikdən sonra isə əvvəlki kimi rahat ola bilmədi. Mən onu yaxşı zərərsizləşdirdim. Təkbətək mübarizələrdə isə onu udurdum. O, matçdan sonra məni İnstaqramda təbrik etdi".

Gerye "Çelsi" ilə matçda özünün zəif oyununa da toxunub: "Bu görüşdə Eden Hazard məni sanki öldürmüşdü. Mən heç cür onunla bacara bilmirdim. Həmin "Sportinq"lə digər oyundan bir həftə əvvəl isə baş məşqçimiz Rafinyanın sürətini qeyd edərək bizə xəbərdarlıq etmişdi. Mən dedim ki, onu yaxşı tanıyıram. Görüş zamanı isə onu "cibimə" qoymuşdum (gülür)".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI