Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xəzərdə zəlzələlərin artması ilə bağlı RƏSMİ AÇIQLAMA

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Xəzər dənizində seysmikliyin artması ilə bağlı məlumatlara münasibət bildirib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib ki, Xəzər dənizi seysmik aktiv olan bölgələrdən biridir.

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda müxtəlif dərinliklərdə çoxsaylı zəlzələ ocaqları var: "Odur ki, vaxtaşırı Xəzərdə zəlzələlərin olması gözləniləndir və bu da ərazinin seysmikliyi ilə bağlıdır. Xəzərdə baş verən zəlzələlərin quru ərazilərə təsirinə gəlincə, zəlzələ sahilyanı zonaya yaxın ərazidə baş verərsə və ocağın dərinliyi Yer səthinə yaxın olarsa (12-15 km-ə qədər) zəlzələ hiss oluna bilər. Bu gün baş verən zəlzələlərin maqnitudası aşağı olub və zəlzələ ocağı 62 km dərinlikdə yerləşir".

Qeyd edək ki, bu gün Xəzər dənizində 3 zəlzələ qeydə alınıb.

Report

Oxşar xəbərlər
OTACI