Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray"ın 12 futbolçusu rəhbərlikdən xəbər gözləyir

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray" 12 futbolçu klub rəhbərliyindən gələcəyi ilə bağlı qərar gözləyir.

Press.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb. İstanbul təmsilçisində bu mövsümün sonu 7 futbolçunun müqaviləsi başa çatacaq, 5 oyunçunun isə icarə müqaviləsinin müddəti tamamlanacaq.

Nəşr yazıb ki, "Qalatasaray" sözləşməsini yeniləməyi düşündüyü futbolçulardan maaşlarında endirim tələb edəcək. "Cim-Bom" heyətdə görmək istəmədiyi oyunçularla isə yolları ayıracaq. 

"Qalatasaray"dan gələcəyi ilə bağlı xəbər gözləyən futbolçular Arda Turan, Rayan Donk, Martin Linnes, Şener Özbayraklı, Emre Taşdemir, Ömer Bayram, Emre Akbaba, Marselo Saraççi, Peter Etebo, Qedson Fernandes, Halil Dervişoğlu, Henri Onyekurudur.

Bildirilib ki, klub bu mövsümün sonu Saraççi və Etebo ilə böyük ehtimalla yolları ayıracaq. Donk, Arda, Ömer, Emre Taşdemir və Emre Akbaba üçün isə məşqçi heyəti ilə rəhbərlik birgə yekun qərar verəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI