Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mingəçevir sakini qaçırdığı maşınla polis maşınını vurdu

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mingəçevir Şəhər Polis Şöbəsinə aprelin 29-da gecə saatlarında şəhər ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Bu barədə Press.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, keçirilmiş tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərib, İmişli RPŞ Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobili vuraraq qaçmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI