Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin martın 2-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Press.az xəbər verir ki, aprelin 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsi tamamlanıb.

Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sərəncamın icrası təmin edilib və aprel ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 2-də "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.

Oxşar xəbərlər
OTACI