Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyalı zabitlər ermənilərə olan sevgisinə mahnı yazdı: Fonda Ağrı dağı - VİDEO

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Ermənistanda yerləşən Gümrü hərbi bazasının zabit heyəti rus-erməni dostluğuna həsr olunmuş mahnı yazıb.

Bu barədə “Telegram”ın Ermənistan seqmentində video yayılıb.

Rusiyalı zabitlərin mahnısının istər sözləri, istərsə də çəkilən videoda bir sıra maraqlı məqamlar yer alıb.

Sözügedən videonun hansı məqsədlə və səbəblə hazırlanması ilə bağlı məlumat yoxdur. Elə məhz bu məqamın özü belə videonun hazırlanmasında təxribat izini ortaya qoyur. Belə ki, hansısa əlamətdar günlə əlaqədar bu cür addım atılmasına bəlkə də, hansısa simvolik bir don geyindirmək mümkün olardı. Ancaq indiki, məqamda videonu bir mesaj olaraq qəbul etməyə tamamilə haqqımız çatır.

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinin böyük və cavabsız suallar doğurduğu bir məqamda rusiyalı zabitlərin ermənilərlə dostluğu bu cür nümayiş etdirməsinin arxasında başqa məqamların dayanması mümkündür.

Təsəvvür edin, Azərbaycan torpağında sülhməramlı missiyanı rusiyalı hərbçilər icra edir, bu hərbçilərin vəzifəsi sülhü qorumaq, tərəflər arasında münaqişə yaranmasına əngəl olmaq və ən əsası hər iki tərəfə neytral mövqedə dayanmaqdır. Sözügedən videonu çəkən və ermənilərin şərəfinə mahnı ifa edən də Rusiya hərbçiləridir.

Bu hərbçilər istənilən halda Qafqazda istər sülhməramlı kontingenti təmsil etsin, istərsə də Gümrüdəki bazanın şəxsi heyətini, Rusiya dövlətinin İrəvan və Bakıya qarşı neytral mövqeyini təmsil etmirmi?

Belə olan halda heç bir əsası olmadan belə bir videonun üstəlik də sosial şəbəkənin Ermənistan seqmentində yayılmasının hansı anlamı var? Bu fakt Rusiyanın neytral mövqeyini sual altında qoymurmu? Yoxsa sülhməramlı missiyanın məramı barədə bir çox fəsadların üzə çıxdığı bir dövrdə “erməni-rus” qardaşlığının təbliği üçün hansı zərurətdən söhbət gedir?

Video ilə bağlı daha bir maraqlı məqam isə nümayiş olunan yerlərdir. Müharibədən sonrakı belə bir həssas dövrdə rus-erməni qardaşlığının təbliğinə həsr olunan videoda tarixi torpaqlarından deportasiya edilmiş azərbaycanlıların ən ağrılı yerlərindən biri olan Göyçə gölü nümayiş olunur. Bununla yanaşı ermənilərin hər zaman xəyallarında canlandırdığı, İrəvandan sadəcə mənzərəsini görə bildikləri, Türkiyəyə qarşı ərazi iddialarının əsasını təşkil edən Ağrı dağı... Birinci halda ermənilərə dəstək xarakterli videoda azərbaycanlılar üçün həssas olan tarixi ərazi, ikinci halda isə müstəqil Türkiyə Respublikasının ərazisində yerləşən ermənilərin böyük Ermənistan xəyalının təməli olan dağ...

Görünür ya Gümrüdəki bazanın zabitləri tarixdən xəbərdar deyil, ya da bilərəkdən erməni separatçılığına işıq tuturlar. Yoxsa Göyçə gölünün, Ağrı dağının rus-erməni qardaşlığına nə dəxli var? 

Oxşar xəbərlər
OTACI