Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkim: “Koronavirusun yeni ştammlarında yoluxuculuq 28 günə qədər davam edir”

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Koronavirus infeksiyasının əvvəlki növündə yoluxuculuq müddəti iki həftəyə qədər idisə, yeni ştammlarında bu müddət 28 günə qədər davam edir. Həmin müddət ərzində xəstələrdən götürülən testlərin müsbət çıxması normaldır”.

Press.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov “Stasionar şəraitdə COVID-19” mövzusunda danışarkən deyib.

O qeyd edib ki, test nəticəsinin pozitiv çıxması tənəffüs yollarında virusun olması deməkdir: “Yəni həmin xəstələrdə virus hələ də qalır. Odur ki, ehtiyatlı olmaq lazımdır. Həmin insanlar heç bir halda başqa şəxslərlə təmasda olmamalıdırlar. Heç kim düşünməsin ki, sağalıb və başqasını yoluxdurma ehtimalı yoxdur. Əksinə, proses hələ də davam edir”.

Oxşar xəbərlər
OTACI