logo
First slide

Bu əlamətlər varsa, oruc pozulmalıdır - VİDEO

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oruc tutan şəkərli diabet xəstələrində başgicəllənmə, halsızlıq, üşütmə varsa, oruc pozulmalıdır.

Press.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vüsalə Babayeva deyib.

O bildirib ki, oruc tutan şəkər xəstələri müayinə olunmalı və şəkəri nəzarət altında saxlanılmalıdır:

“Yanaşı xəstəliyi olanların oruc tutması immun sistemini aşağı sala və xroniki xəstəliyi üzə çıxara bilər. Lakin qanda şəkərin səviyyəsi normada olanlar və yanaşı xəstəliyi olmayanlar oruc tuta bilərlər. Çünki elə şəxslər var ki, onlarda xəstəlik yüngül səviyyədədir. Təbii ki, bu zaman dərmanların qəbul edilməsi vaxtını oruca uyğun dəyişirik.

Bunu xəstə özbaşına deyil, həkim məsləhəti ilə etməlidir. Lakin elə şəxslər də olur ki, onlar oruc tutur və özünü pis hiss edirlər. Əgər başgicəllənmə, halsızlıq, üşütmə varsa, dərhal şəkər ölçülməlidir. Şəkər həddindən artıq düşübsə, yəni 70 mg/dl-dən aşağıdırsa, dərhal oruc pozulmalıdır”.

Oxşar xəbərlər
OTACI
OTACI