Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir mina xəritələri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Məcburi köçkünlərin işğaldan azad olan torpaqlara qayıtması üçün sistemli və ardıcıl addımlar atılır”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu torpaqlarda infrastrukturun dağıdılması barədə litvalı həmkarını məlumatlandırıb.

“Həmin ərazilər 30 il ərzində minalarla çirkləndirilib. Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan mina xəritələri verməkdən boyun qaçırır və hərbi cinayətini davam etdirir. 10 noyabrdan bəri mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb. Ermənistana təzyiq artırılmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar buna səssiz qalmamalıdır”, - deyə XİN başçısı vurğulayıb.

APA

Oxşar xəbərlər
OTACI