Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Behrudinin qardaşı oğlunun intiharı ilə bağlı FAKTLAR - VİDEO

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış şair Rüstəm Behrudinin bir neçə gün öncə intihar edən qardaşı oğlu 17 yaşlı İsa Alməmmədovun atası İlham Alməmmədov oğlunun intiharının səbəbləri ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Press.az Publika.az-a istinadən xəbər verir ki, İlham Alməmmədov oğlunun intiharının səbəblərini bildiyini açıqlayıb. O deyib ki, təkcə onun oğluna qarşı deyil, bütün balalara qarşı bir terror var:

“Əziz dostlar! Məni tanıyan və tanımayan hər kəs, dinləyin və eşidin. Bizim balalara qarşı bir terror var. Bizim balalara, bizim gələcəyimizə qarşı bir terror mövcuddur. Mütləq və mütləq bunun səbəbini və iştirakçılarını tapmalıyıq. Birlikdə bunu dayandırmalıyıq. Dövlət, hökumət, insanlar, bütün qeyri-hökumət təşkilatları hamısı birləşməlidir. Bu intiharı dayandırmağın səbəblərini də, iştirakçılarını da bilirəm.

Hər kəsin əlində bir silah və bir casusu var. Mobil telefonlar gənclərimizin düşməni və silahıdır. Yedikləri ərzaqlar, “fast food”lar, mağazalardan alınmış qaynağı bəlli olmayan yeməklərin hamısı uşaqlarımızın intihar etməsinə səbəbdir. Ona görə də sizdən xahiş edirəm, mütləq və mütləq birləşin. Övladlarınıza sahib çıxın. Ən kritik dönəmdəyik.

Uşaqların imtahan verdiyi qəbul imtahanlarının zamanıdır. Həmin uşaqlara sahib çıxın, onları sahibsiz buraxmayın. Açıqlamalarım mütləq davam edəcək. Bağrıma basıram. Mənə səbr diləyənlərə deyirəm ki, mən möhkəməm. Möhkəməm və mənim kimi ataları kimsə endirə bilməyəcək”.

Oxşar xəbərlər
OTACI