Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəmil Həsənlinin qızının görüntülərini yayan şəxs müəyyən edilib - RƏSMİ

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə yayılan intim görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Press.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir: "Videoları yayan şəxs müəyyən olunub. Hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir.

İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".

Qeyd edək ki, G.Həsənli özünü Mahir Allahverdiyev kimi təqdim edən şəxsin onu aldadaraq, hisslərindən istifadə edərək videoya çəkdiyini bildirib.

Oxşar xəbərlər
OTACI