Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən gün cinayət törədən 44 nəfər saxlanıldı

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi (DİN) aprelin 29-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Press.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 37 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklə əlaqəli 28 fakt, silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Oxşar xəbərlər
OTACI