Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rumıniyada insanlar maşında peyvəndlənir

29 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rumıniyanın paytaxtı Buxarestin Konstitusiya meydanında maşından çıxmamış peyvəndlənmək olar.

Press.az xəbər verir ki, bu ölkədə birinci “drive-through” tipində peyvəndlənmə mərkəzidir.

Vətəndaşlar səhər saatlarından peyvəndlənmək üçün maşınlarında növbəyə düzülürlər. Rumıniyanın səhiyyə nazirliyində dövlət katibi Andrey Baçu jurnalistlərə bildirib ki, peyvənd hamıya çatacaq.

Yeni peyvəndlənmə mexanizmi, vaxtı olmayan, hər hansı bir səbəbdən peyvəndlənməyə çatmayan vətəndaşlar üçün ünvanlanıb. Mərkəz səhər saat 8-dən axşam saat 8-ə kimi fəaliyyət göstərir. Vətəndaşlara vurulan peyvənd isə Pfizer şirkətinə məxsusdur. Peyvəndlənmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsini və mərkəzə çatmamış doldurula biləcək sorğu kağızını təqdim etməlidir.

Peyvəndlənmək üçün elektron növbə sistemi tətbiq olunmur. Bütün peyvənd olunan vətəndaşlar barədə məlumat milli elektron qeydiyyat portalına yerləşdirilir. Mərkəzin sentyabr ayına kimi fəaliyyət göstərməsi gözlənilir (Azərtac).

Oxşar xəbərlər
OTACI