Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İtkin düşən zabitimizin səkkiz aydan sonra ŞƏHİD xəbəri gəldi

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Press.az Report-a istinadən bildirir ki, 8 aydır itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Şəhidin nəşi sabah - aprelin 30-da Naxçıvan Muxtar Respubpublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndində anadan olan Ə.Yusifov Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Ə.Yusifov nişanlı idi. 

Allah rəhmət eləsin!

Oxşar xəbərlər
OTACI