Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb

29 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO cümə axşamı “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına başlayıb.

Press.az xəbər verir ki, bu barədə TASS-a alyansın Brüsseldəki qərargahındakı mənbə məlumat verib.

“NATO ölkələrinin hərbi qüvvələrinin çıxarılması başlanıb, proses nizamlı və koordinasiyalı şəkildə həyata keçirilir”, - agentliyin həmsöhbəti deyib.

Qeyd edək ki, hazırda NATO-nun Əfqanıstandakı kontingentinə 10 mindən çox insan daxildir, alyans onların çıxarılmasını sentyabr ayında başa çatdırmaq niyyətindədir.

Oxşar xəbərlər
OTACI