logo
First slide

Azərbaycanda universitetin şöbə müdirinə cinayət işi açıldı - RƏSMİ

29 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Press.az-a bildirilib ki, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə BDU-nun tələbələrindən daxil olan çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

"Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanan sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcəkdir", - Mətbuat xidmətindən bildirilib.

Oxşar xəbərlər
OTACI
OTACI