Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST: “Vaksinasiya tarixin gedişatını dəyişdirəcək”

29 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İki yüz ildir peyvəndlər bizi ciddi xəstəliklərdən qoruyur. Koronavirus peyvəndi də belə olacaq. Peyvəndlər bizi davamlılığa doğru aparır”.

Press.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisinin direktoru Hans Klüge Avropa regionunda COVID-19-la bağlı vəziyyətə dair onlayn brifinqdə bildirib.

Klüge deyib ki, Avropa regionunun sakinlərinin 5,5%-i COVID-19-a yoluxub və sağalıb, 7%-dən çoxu isə vaksinasiyanı tamamlayıb. Lakin, o, əlavə edib ki, təhdid hələ də qalır.

“Vaksinlər insanların həyatını xilas edir. Onlar, həmçinin pandemiyanın gedişatını dəyişdirir və onun öhdəsindən gəlməyə kömək edir. Epidemioloji nəzarət olmadan koronavirusun yeni ştammlarını müəyyənləşdirə bilməyəcəyik. Xəstəlikləri dəf etmək istəyiriksə, planlı şəkildə vaksinasiyalar aparmalıyıq. Vaksinasiya tarixin gedişatını dəyişdirəcək”, – o deyib.

ÜST-ün Avropa üzrə regional direktoru Hindistan ştammı mövzusuna da toxunub və COVID-19 yoluxmalarının hər gün rekord vurduğu Hindistandakı ağır epidemioloji vəziyyətdən danışıb: “Hindistandakı vəziyyətin istənilən ölkədə təkrarlana biləcəyini anlamaq çox vacibdir. Peyvəndləmənin əhatə dairəsi kiçik olanda, istənilən ölkədə “fırtına” baş verə bilər. Bu vəziyyətdə həmrəylik çox vacibdir... Avropa İttifaqı ölkələri də daxil olmaqla bir çox ölkə Hindistana dərman və digər zəruri vasitələrlə yardım edir”, – H.Klüge deyib.

Oxşar xəbərlər
OTACI