Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avakov və “erməni soyqırımı” arasında hansı əlaqə var? - Ukraynadan ŞƏRH

29 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə ilə ABŞ arasında münasibətlər getdikcə gərginləşir. ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətdiyi açıqlama Ankara ilə Vaşinqton arasındakı gərginləşmənin əsas göstəricisi deyildi. Daha vacibi bir az əvvəl baş verənlərdir. Söhbət Türkiyənin F-35 beşinci nəsil qırıcı proqramından xaric edilməsindən gedir.

Bu fonda, Azərbaycan kimi Türkiyəni də strateji tərəfdaşlar siyahısına daxil edən Ukraynanın, Ankaranın maraq göstərdiyi mühərrikləri tədarük edərək Türkiyənin aviatexnika bazarına girmə perspektivləri var. Bəs Ukraynanın nüfuzlu siyasətçilərindən biri Daxili İşlər Naziri Arsen Avakovun Kiyevin də Vaşinqton kimi “erməni soyqırımı”nı tanıması lazım olduğunu söylədiyini nəzərə alaraq buna nail olmaq mümkün olacaqmı? Güc strukturlarında heç kim onu fikrindən daşındırmadı. Üstəlik, belə bir qanun layihəsinin Ukrayna Ali Radasına təqdim oluna biləcəyi barədə şayiələr yayılıb, hansı ki, Türkiyə ilə Ukrayna arasındakı münasibətləri yaxşılaşdırmayacaq.

Caliber.Az üçün vəziyyəti ukraynalı beynəlxalq ekspert, politoloq Serqey Slobodçuk belə şərh edib:

- “Erməni soyqırımı” məsələsi (dırnaq işarəsi bizimdir - red.) ABŞ və Türkiyə münasibətlərində münaqişəli mövzudur. Ukrayna liderlərindən biri, daxili işlər naziri Arsen Avakovun timsalında nə gördük? O, operativ şəkildə süzereninə sadiqliyini nümayiş etdirdi. Halbuki ticarətin həcmi baxımından Türkiyə indi Ukrayna üçün ən vacib beş ölkədən biridir: 5.2% - bu Çin, Polşa, Almaniya və Rusiyadan sonra beşinci yerdir. Ancaq, gördüyümüz kimi, bu vəziyyətdə iqtisadi mülahizələr heç bir rol oynamır. Avakov kimi siyasətçilər üçün əsas olan ABŞ siyasətini dəstəklədiklərini nümayiş etdirməkdir.

Eyni zamanda, Ukrayna rəhbərliyinin Arsen Avakovla mübahisəyə cəsarət etmədiyini təəssüflə vurğulamaq olar. Daxili İşlər Nazirliyinin rəhbəri, bir daha təkrar edirəm, ABŞ siyasətini dəstəklədiyini nümayiş etdirdi (belə məsələlər onun səlahiyyətlərinə aid olmasa belə) və Amerika tərəfdarı olduğunu vurğulamaq üçün bir şans aldı - bu günümüzün ən sərfəli mövqeyidir.

“Soyqırım”ın tanınmasına gəlincə, mən ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin sözlərinə diqqət çəkərdim. O, üç məqama toxundu. Birincisi, Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı heç bir qanuni iddia irəli sürməyəcək, çünki “erməni soyqırımı” 1915-ci ildə baş verib, “soyqırımı” konvensiyası isə 1951-ci ildə qəbul edilib. Hüquqi baxımdan konvensiya qüvvəyə minə bilməz. Səfir xüsusi olaraq Türkiyəyə qarşı beynəlxalq hüquqi iddialar irəli sürmək üçün heç bir əsasın olmadığına diqqət çəkdi.

İkincisi, Ağ Evin “erməni soyqırımı”nı tanıma qərarının səbəbi ABŞ və Türkiyə arasındakı fikir ayrılığıdır. Səfir elə beləcə açıq şəkildə dedi – “fikir ayrılıqları”.

Üçüncü məqam: Linn Treysi, “erməni soyqırımı”nın tanınmasının Vaşinqtonla Ankara arasında siyasi bazarlıq məsələsi olduğunu söyləyib.

ABŞ və Türkiyə arasındakı münasibətlərə gəlincə, bu ölkə NATO çərçivəsində ABŞ-ın vacib müttəfiqidir. Lakin Bayden administrasiyası ABŞ və Türkiyə arasındakı fikir ayrılıqlarının təsirli şəkildə həll edilməli olduğunu çox açıq şəkildə bildirdi”, - deyə o, sözlərini yekunlaşdırıb.

Dolayısıyla, bütün bu məsələlər yalnız və yalnız Birləşmiş Ştatlarla Türkiyə arasındakı münasibətlərə aiddir. Ukraynanın isə bununla heç bir əlaqəsi yoxdur.

Oxşar xəbərlər
OTACI