Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zərdabda mal-qara oğruları saxlanılıblar - FOTO

29 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zərdab rayonunda fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dəstə üzvləri rayon sakini Nurlan Əzizov və tanışı Amil Yolçuyev tutulub. Araşdırma zamanı onların Zərdab rayonu Gödəkqobu kənd sakini olan bir nəfərə məxsus 8 baş qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər zərərçəkənə ümumilikdə 1200 manat maddi ziyan vurublar.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin Zərdab və ətraf rayonlarda analoji cinayətlərdə əllərinin olub-olmamasının müəyyən edilməsi istiqamərində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI