Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zəngilan və Qubadlıya mediatur təşkil olunub

29 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Zəngilan və Qubadlı rayonlarına növbəti səfəri başlayıb.

Press.az-ın verdiyi xəbərə görə, məqsəd işğaldan azad edilən yaşayış məntəqələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsidir.

Səfər çərçivəsində jurnalistlər Qubadlının Xanlıq kəndinə otlaq ərazilərin minalardan təmizlənməsi prosesini də izləyəcək.

Xatırladaq ki, ANAMA tərəfindən indiyədək 700 hektar ərazi minalardan təmizlənib.

Oxşar xəbərlər
OTACI