Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hökumət bir sıra dəri və gön növlərinin rüsumlarını endirdi

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabineti Azərbaycana ixrac edilən bəzi məhsulların gömrük rüsumlarına dəyişiklik edib.

Press.az xəbər verir ki, bu barədə Baş nazirin imzaladığı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında deyilir.

Qərara görə, pikelləşdirilmiş qoyun və quzu gönlərinin hər 1000 kq üçün ixrac rüsumu 500 ABŞ dollarından 150 ABŞ dollarına salınıb.

Bundan əlavə, Baş nazir nəm halda olan qoyun və quzu gönlərinin hər tonu üzrə ixrac rüsumunu 150 dollardan 50 dollara qədər endirib.

Qərar mayın 28-də qüvvəyə minəcək.

Oxşar xəbərlər
OTACI