Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistana qarşı təzminat iddiası nə vaxt qaldırılacaq? - RƏSMİ AÇIQLAMA

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonunun Qaraməmmədli kəndinə mediatur təşkil olunub.

Press.az "Oxu.az"a istinadən xəbər verir ki, səfər zamanı kənddə bir hektar ərazidə 600-dən çox müxtəlif cinsli ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, işğal dövründə ermənilər tərəfindən ərazilərdə yaşıllıqlara vurulan ziyanlarla bağlı dörd istiqamət üzrə monitorinq aparılır:

“Beynəlxalq ekspertlərin də bu işlərə cəlb edilməsinə ehtiyac var. Dəymiş ziyanın hesablanması işləri həyata keçirilir və nəticədə Ermənistan qarşısında təzminat iddialarının qaldırılması üçün aiddiyyəti qurumlara təqdim ediləcək”.

“Ərazilər minalardan təmizləndikdən sonra daha geniş miqyaslı meşə bərpa işləri aparılacaq”, -deyə nazir müavini əlavə edib.

Oxşar xəbərlər
OTACI