Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azəriqaz”dan mexaniki sayğaclarla bağlı YENİLİK - RƏSMİ

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sonradan ödənişli (mexaniki) sayğaclara stasionar terminallar vasitəsilə deyil, eyni zamanda mobil telefonlar vasitəsilə də ödəniş etmək mümkün olacaq”.

Press.Az-ın məlumata görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu layihənin yaxın zamanlarda reallaşdırılması gözlənilir. Birliyin baş direktoru növbəti dövrdə reallaşacaq proseslərdən danışarkən əlavə edib ki, 30 aprel tarixində “Azəriqaz”ın İctimai Şurasının seçkiləri baş tutacaq. O qeyd edib ki, şuranın təsis edilməsi birliyin gələcək fəaliyyətini daha şəffaf şəkildə qurmağa köməkçi olacaq. 

Ruslan Əliyev yaxın zamanda qazın sərfiyata görə qiymətinin necə dəyişəcəyi ilə bağlı məsələyə də münasibət bildirib və vurğulayıb ki, bu mövzu hazırda aktual deyil.

Oxşar xəbərlər
OTACI