Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hərbi Liseydə şəhid polkovnik-leytenantın xatirəsi anılıb

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Press.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət himni səsləndirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin zabit, kursant və müəllim heyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Anım mərasimində uzun müddət C.Naxçıvanski adına hərbi liseydə xidmət etmiş şəhid polkovnik-leytenant Q.Baxşəliyev haqqında xatirələrdən, onun Vətənə, millətə, dövlətə sadiq olmasından söz açılıb. Şəhid zabitimizin həyatının müxtəlif illərini əhatə edən foto sərgi tədbir iştirakçılarına nümayiş etdirilib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib.

Qeyd edək ki, Q.Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 84 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. 2020-ci noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından açdığı atəş nəticəsində şəhid olub.

Şəhidin nəşini yalnız 32 gündən sonra döyüş meydanından götürmək mümkün olub.

Q.Baxşəliyev II Şəhidlər xiyabanında dəfn olunub.

Oxşar xəbərlər
OTACI