Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakının mərkəzində yerləşdirilən lövhədəki səhvlə bağlı agentlikdən AÇIQLAMA

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda üzərində hərf səhvləri olan məlumatlandırıcı löhvənin şəkilləri sosial şəbəkədə yayılıb. 

Löhvənin üzərindəki “Azərbaycanfilm” sözündəki səhv sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlərlə qarşılanıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib ki, Agentlik tərəfindən aparılan monitorinq zamanı şəhərin bu və digər bir neçə istiqamətində yerləşdirilən lövhələrdə yol verilən hərf səhvləri aşkarlanıb və aidiyyəti üzrə icraçı şirkətlərə məlumat verilib.

O bildirib ki, bu lövhələrin hazırlanması podratçı şirkətlər tərəfindən həyata keçirilib:

“Bu nişanlar, avadanlıqlar tərəfimizdən podratçı şirkətlərdən alınan zaman hər hansı səhvlər aşkarlandıqda bunu məhz icraçı şirkət özü aradan qaldırır. Onu da qeyd edim ki, biz bu nişanları podratçı şirkətlərdən ərazidə təhvil alırıq. Bu nişan da yenicə quraşdırılıb. Artıq bizim tərəfimizdən həm bu ünvanda, həm digər ünvanlarda quraşdırılan lövhələrdəki hərf səhvləri ilə bağlı müvafiq podratçı şirkətlərə məlumat verilib. Qısa zamanda bu səhvlərin aradan qaldırılması tələb olunub”.

Oxu.az

Oxşar xəbərlər
OTACI