logo
First slide

Dövlət Sərhəd Xidmətində görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

28 aprel 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

DSX-nin mətbuat mərkəzindən Press.az-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın əziz xatirəsini böyük ehtiramla yad edərək məzarı önünə tər çiçək dəstələri düzmüşlər.

Dövlət Sərhəd Xidmətinin Aparatında dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilmiş, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilmişdir.

Tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn və nənə olması qeyd edilmişdir. Novator alimin dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. 150-dən artıq elmi əsəri, 10 monoqrafiyası, göz xəstəlikləri üzrə elmi-tədqiqаt işləri akаdemik Zərifə xanım Əliyevаya böyük şöhrət gətirmiş və onu dünyа oftаlmologiyаsı məkаnındа məhşurlаşdırmışdır.

Tədbirdə görkəmli alim, nəcib insan olan Zərifə xanımın xatirəsinin qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd edilmişdir.

Oxşar xəbərlər
OTACI
OTACI