Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gizli səs yazısı yayılan Zərif təhlükəsizlik orqanlarının hədəfində

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin xarici mətbuata sızan gizli səs yazısı ilə əlaqədar diplomatı sorğu-suala çağırıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, sorğu-sualda müzakirə mövzusu mətbuata sızan səs yazısı və İran Xarici İşlər Nazirliyinin hərəkətləri ilə bağlı bir sıra suallar olacaq.

Xatırladaq ki, ötən gün İranın Xarici İşlər naziri Cavad Zərifin gizli səs yazıları yayılıb.

C. Zərifin gizli səs yazısı “The New York Times” tərəfindən yayımlanıb.

İctimaiyyətə açıqlanması qadağan edilən səs qeydində Zərif ABŞ-ın sabiq xarici işlər naziri Con Kerrinin ona informasiya ötürdüyünü bildirib:

“Kerri mənə zəng edərək İsrailin Suriyadakı İran hədəflərinə 200 hücum həyata keçirəcəyini söylədi”.

Bu məlumatdan sonra ABŞ hökuməti Kerrinin ünvanına sərt tənqidlər səsləndiriblər. Keçmiş xarici işlər naziri isə xəbəri yalanlayıb və ABŞ-la düşmən mövqedə olan bir ölkəyə məlumat ötürməsinin mümkün olmadığını bildirib.

Bəhs edilən səs yazısında digər diqqət çəkən məqam isə Zərifin 2020-ci ilin yanvarında öldürülən Qasım Süleymani barədə dedikləri olub. O bildirib ki, Q.Süleymani İran hökumətinə xəbər vermədən Rusiya təyyarələrinin Suriyanı bombalamaq üçün İran hava məkanından istifadəsinə icazə verib.

Oxşar xəbərlər
OTACI