Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bütün paytaxt yollarında avtobus zolaqları təşkil ediləcək - BNA sədri

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bütün paytaxt yollarında avtobus zolaqları təşkil ediləcək.

Press.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, xüsusi avtobus zolaqları məsələsi Bakının Baş Planında yer alıb:

"Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür".

Oxşar xəbərlər
OTACI