Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu müəllimlərin MİQ-də iştirakına şərait yaradılacaq

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ictimaiyyətin fikrinin öyrənilməsi, həmçinin prosesin təkmilləşdiriməsi məqsədi ilə sorğu keçirilib.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, ictimai rəy öyrənildikdən sonra hazırda müəllim vəzifəsində çalışan şəxslərin yeni tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı üçün şərait yaradılmasına qərar verilib.

Həmçinin, müsabiqənin test imtahanı mərhələsinin regionlarda təşkili və vakansiya seçimi zamanı imtahan nəticələrinin toqquşması hallarında ötən ildə tətbiq olunan əmsalların cari ildə də tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq.

Oxşar xəbərlər
OTACI