Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xarı bülbülün əsl adı və növləri - Nazir müavini AÇIQLADI

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Xarı bülbül barədə danışıb.

Press.Az-ın məlumatına görə, Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Xarı bülbül çoxillik ot bitkisidir:

“Azərbaycanda Ophris-quşsəhləbi consi bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var. Qafqaz quş səhləbi, arı quş səhləbi və mozalan quş səhləbi bitkiləridir. Bunların üçünü də ümumiləşdirib Xarı bülbül demək olar. Əfsanədə olduğu kimi, bülbül və sinəsinə qonmuş arı”.

“Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və həqiqətən də, Şuşamızın tacı və florasının birinci simvoludur”, - deyə V.Kərimov əlavə edib.

Oxşar xəbərlər
OTACI