Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vətən müharibəsi şəhidi Gəncədə dəfn edilib - YENİLƏNİB

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi şəhidi dəfn edilib.

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olunan və dünən nəşi tapılan Elvin Mustafayev Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfin mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Xatırladaq ki, E.Mustafayev oktyabr ayında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

10:22

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək.

Vətən müharibəsi zamanı şəhid olan 23 yaşlı Mustafayev Elvin Fuad oğlunun nəşinin gətirilməsi üçün yaxınları Füzuli rayonuna gediblər. Şəhid bu gün Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin olunacaq.

Qeyd edək ki, Şəhidin ailəsi onunla sonuncu dəfə oktyabrın 28-də danışıblar.

Report

Oxşar xəbərlər
OTACI