Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azad olunan ərazilərdə yeni regional apellyasiya və ixtisaslaşmış məhkəmələr yaradılacaq

28 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Torpaqlarımız işğaldan azad olunub və məhkəmələr bütün infrastruktur bərpa olunduqdan, soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcək".

Press.az-ın xəbərinə görə, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, gələcəkdə həmin bölgədə aidiyyatı yeni regional apellyasiya və ixtisaslaşmış - kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur:

"Onu da bildirim ki, hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür".

Oxşar xəbərlər
OTACI