Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həbs olunan bələdiyyə sədrinin növbəti saxtakarlığı - VİDEO

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müsahib Qurbanovun şikayəti ona məxsus pay torpağının qanunsuz şəkildə mənimsənməsi və buna aidiyatlı qurumların illərdir göz yummasıdır.

Söhbət ondan gedir ki, 2003-cü ildə dövlət tərəfindən Müsahib Qurbanovun həyat  yoldaşı Telli Verdiyevaya Daşkəsən rayonunun Xoşbulaq kəndində pay torpağı verilib. 2007-ci ildə isə ailəyə daha bir rəsmi sənəd təqdim edilir ki, bununla da ailə verilən torpaq sahəsində tikinti aparmaq hüququna malik olur.

Nəticə etibarı ilə Müsahib Qurbanov imkan düşdükcə tikinti materialları alır. Ailənin maddi durumu yaxşı olmadığından tikinti marerialları zamanla alınır. Lakin günün birində yəni 2015-ci ilin avqust ayında Qurbanovlara məxsus torpaq sahəsinin kimlərsə tərəfindən hasara alındığı məlum olur. Müsahib Qurbanov bu günə kimi də onlara məxsus torpaq sahəsinin kim tərəfindən  mənimsənildiyini müəyyən edə bilmir. 

Aparılan araşdılmalar sonrası məlum olub ki, ailəyə məxsus  torpaq sahəsi Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri Rasim Allahverdiyev tərəfindən saxta sənədlərlə başqasına satılıb. Üstəlik ərazi cəmi bir gün içərisində daş hasara alınıb. 

Bu hadisənin üzərindən 6 ilə yaxın zaman keçsə də bu illər ərzində Qurbanovlar ailəsinin haqlı şikayətinə baxan tapılmır. Döymədikləri qapı, müraciət etmədikləri qurum qalmasa da ailənin əlindən alınan torpaq sahəsini sahibinə qaytaran yoxdur. 

İş hətta məhkəməyədək gedib çıxıb. Hazırda  Qurbanovlara məxsus torpaq sahəsini qanunsuz sənədlərlə başqasına satan Xoşbulaq kəndinin bələdiyyə sədri Rasim Allahverdiyev bir müddətdir həbs edilib. 

Adıçəkilən şəxs korrupsiya və digər mənimsəmə faktlarında təqsirli bilinərək tutulub. İndi Müsahib Qurbanov daha kimlərə müraciət edəcəyini bilmir.

Məsələ ilə bağlı rayon icra hakiminin birinci müavini Vüqar Məmmədov bildirib ki, vətəndaşın şikayətinə baxılacaq və lazımı köməklik ediləcək. 

Oxşar xəbərlər
OTACI