Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hərbi Prokurorluq: İtkin düşən hərbi qulluqçuların basdırıldığı yerlər müəyyən edilir

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən şahidlərin dindirilməsi, ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər təxirəsalınmaz zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, onların nəşi müvafiq qaydada götürülməklə müayinə olunub, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olan şəxslərin şəxsiyyətinin müəyyən olunaraq ailələrinə təhvil verilməsi təmin edilib.

Bu barədə Press.az-a Respublika Hərbi Prokurorluğundan bildirilib.

Bildirilib ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Oxşar xəbərlər
OTACI