Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"EuroHome"un direktoru məhkəmə zalında həbs edildi

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov həbs edilib.

Press.az-ın məlumatına görə, Binəqədi rayon məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə bazarın direktoru Samir Məmmədov və Amil Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə hakim təqsirləndirilən şəxs Samir Məmmədov barəsində olan polis nəzarətində qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsi barədə qərardad çıxarıb və o məhkəmə zalında həbs edilib.

Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, "EuroHome" MMC-nin direktoru S.Məmmədov və Amil Salmanov Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunur.

"EuroHome" tikinti materialları bazarında ötən il iki dəfə böyük yanğın hadisəsi baş verib.

Oxşar xəbərlər
OTACI