Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident: "Mən burada şəkillərə baxıram, onlar çox yaxşı görünür"

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib.

Press.az həmin dialoqu təqdim edir:

Prezident İlham Əliyev: Sabahınız xeyir.

İtaliya şirkətinin əməkdaşı: Salam cənab Prezident, sabahınız xeyir. Necəsiniz?

Prezident İlham Əliyev: Çox yaxşıyam, təşəkkür edirəm. Sizin layihəniz necə irəliləyir? Bu gün biz ona start veririk. Odur ki, tikintini başa çatdırandan sonra bizim yaxşı nəticələrimiz olmalıdır. Layihənin işlək vəziyyətə gətirilməsi üçün vaxt cədvəli necədir?

İtaliya şirkətinin əməkdaşı: Onlar süd ferması layihəsinin noyabr ayında istismara verilməsini istəyirdilər. Lakin ehtimal edirəm ki, fermanın daxilində yaşayış yerləri ilə birlikdə noyabr ayında bu, kifayət qədər tezdir. Lakin bunu biz nə qədər tez lazımdırsa edə bilərik. Bizim yenidənqurma işlərini aparmaq üçün bacarıqlarımız və tərəfdaşlarımız var.

Prezident İlham Əliyev: Çox yaxşı. Deməli, əlbəttə ki, bu, noyabr və ya dekabr ola bilər. Bilirəm ki, planlamaq, təşkil etmək və icra etmək asan deyil, çünki biz bütün infrastrukturu, 200-dən çox evi olan kəndi, qəsəbəni salmalıyıq. Çünki buraya yaşamağa gələn insanların iş yerlərinə və istehsalata ehtiyacı olacaq. Mən burada şəkillərə baxıram, onlar çox yaxşı görünür. Məşhur “motsarella” pendiri.

İtaliya şirkətinin əməkdaşı: Bəli, təşəkkür edirəm. Bizim evlər və fermalar üçün birgə modelimiz də var. Beləliklə, Siz insanları kənddə evlərlə təmin etməzdən əvvəl onları fermada işləmələri üçün tez bir şəkildə yerləşdirə bilərsiniz.

Prezident İlham Əliyev: Çox yaxşı, təşəkkür edirəm.

Oxşar xəbərlər
OTACI