Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlham Əliyev: "Göstərirəm ki, şəxsi heyət mənim kimi məşğul olsun"

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı zamanı yeni hərbi maşınlarla tanış olub və onlardan birini idarə edib.

Press.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev çıxışında maşınların yeni alındığını bildirib.

Elçin Quliyev: Cənab Prezident, bu isə növbəti qayğınızın təzahürüdür. Bu maşınlar yeni alınmışdır və Sizin göstərişiniz üzrə bizim çevik heyətimizə təqdim olunub. Möhtərəm cənab Prezident, Sizin verdiyiniz xüsusi göstərişin icrası üzrə 44 günlük Vətən müharibəsinin ən itisürətli hücumu məhz bu ərazidən başlayıb.

Dövlət başçısı hərbi hissənin idman zalında olub.

Prezident İlham Əliyev: Bunu çək, bu birini. Bu, ancaq isinmə hərəkətidir. Göstərirəm ki, şəxsi heyət mənim kimi məşğul olsun və 59 yaşında bunları edə bilsin. İndi gəl bunu çək.

İdmançılar bilirlər ki, burada bir az qaydaları pozmuşam. Ancaq 59 yaşında 40 kiloqramla qaydaları pozmasan olmur.

Oxşar xəbərlər
OTACI