Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB: Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilməməsi həqiqəti əks etdirmir

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin (TƏBİB) hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün təhkim olunan tibb işçilərinə maaşlarının verilməməsi ilə bağlı deyilənlərə münasibət bildirib.

TƏBİB-dən Report-un sorğusuna cavab olaraq qeyd olunub ki, O.Gülalıyevin müalicəsi üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub.

"Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir. Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması həkimlərimiz əlindən gələni edir"- deyə məlumatda bildirilir.

Qeyd edək ki, hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev feysbuk sosial şəbəkəsində atasına baxan tibb işçilərinə üç aydır maaşlarının verilməməsini və bu səbəbdən müalicənin dayandırılması ilə bağlı paylaşım etmişdi.

Oxşar xəbərlər
OTACI