Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Məclisdə təklif: Vaksin prosesi məcburi olsun

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Dünən mətbuatda oxudum ki, 365 nəfər vaksin vurdurub. Onlardan 363 nəfər birinci, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say niyə azdır? Vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmir?”.

Bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib. 

O qeyd edib ki, insanlar vaksin olunmaq istəmirsə, yaş həddini aşağı salmaq lazımdır: “Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deputata cavab olaraq bildirib ki, ölkədə vaksin çatışmazlığı yoxdur: “Peyvənd olunmaq istəyən insanların sayı azdır. Belə olarsa, yavaş-yavaş yaş həddini aşağı endirməli olacağıq”.

Deputat Fəzail Ağamalı əlavə edib ki, vaksin olunmaq istəyənlərin sayı azdır: “Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da artırılsın. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”.

Ə.Əmiraslanov isə F. Ağamalıya cavab olaraq bildirib ki, dünyanın heç bir ölkəsində peyvəndləmə məcburi proses deyil.

Qafqazinfo

Oxşar xəbərlər
OTACI