Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Samuxda yas mərasimi keçirmək istəyən şəxslər aşkarlandı

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aprelin 26-da Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Qiyaslı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək yas mərasimini dayandırıb.

Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Oxşar xəbərlər
OTACI