Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda uşaqların dini etiqada məcbur edilməsi qadağan edilir

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Milli Məclisin plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Press.az-ın məlumatına görə, dəyişikliyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir.

Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

İclasda qeyd edilib ki, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər
OTACI