Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ilin birinci rübündə 3500-dək şəxs cəlb olunub.

Press.az-ın məlumatına görə, proqramın icrasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara üstünlük verilir. Yanvar-mart aylarında proqramın əhatə etdiyi şəxslərin də böyük əksəriyyəti şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, qadınlar və gənclərdir.

Proqrama cəlb olunanlara təlimlər keçirildikdən sonra biznes planlarına uyğun olaraq onlara mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılır.

Oxşar xəbərlər
OTACI