Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Məclis prokurorluq işçilərinin maaşlarının iki dəfə artırılması barədə sənədi təsdiqlədi

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Press.az-ın xəbərinə görə, dəyişiklik layihəsinin məqsədi prokurorluq işçilərinin maddi təminatının gücləndirilməsidir.

Belə ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Oxşar xəbərlər
OTACI