Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il sərvəti ən çox artan zənginlər - SİYAHI - FOTO

17 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyası dövründə dünyada gəliri ən çox artan şirkətlər məlum olub.

Press.az teleqraf.com-a istinadən bildirir ki, "Google" tərəfdaşları, "Christian Dior", "Louis Vuitton", "Givenchy", "Guerlain", "Moët & Chandon", "Hennessy", "Chaumet" ticarət markaları altında tanınmış lüks malların istehsalçısı "LVMH" fransız şirkəti və "Facebook" sərvətlərini əhəmiyyətli dərəcədə artırıblar.

"Google"un ortaqlarından olan Larry Pagein sərvəti ilin əvvəlindən bu yana 20,1 milyard dollar artıb. Xalis sərvəti 102,5 milyard dollara çatan Page dünyanın ən zəngin insanları arasında 6-cı yeri tutub.

Hindistanlı milyonçu "Adani Group"un idarə heyətinin sədri Qautam Adani də 2021-ci ildə sərvətini artıran ən varlılar arasında yer alıb. Bu il onun sərvəti 19,3 milyard dollar artıb. Ümumi sərvəti 53,1 milyard dollar olan Adani dünyanın ən varlı 23-cü adamı olub.

"Google"un tərəfdaşı Sergey Brin də cari ildə sərvətini artıran zənginlər arasında fərqlənib. Onun sərvəti ilin əvvəlindən bu yana 19,3 milyard dollar artaraq 99,1 milyard dollara çatıb.

Avropanın nəhəng şirkəti "LVMH"in sahibi Bernard Arnaultun sərvəti ilin əvvəlindən bu yana 18,6 milyard dollar çoxalıb. Arnault 133 milyard dollar sərvəti ilə dünyanın 4-cü varlı adamıdır.

Sosial şəbəkə platforması"Facebook"un sahibi Mark Zuckerberqin sərvətinin üzərinə 2021-ci ildə 14,2 milyard dollar gəlib. Xalis sərvəti 117,8 milyard dollar olan Mark dünyanın ən varlı insanları arasında 5-ci yerdə qərarlaşıb.

Oxşar xəbərlər
OTACI