Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nuriyev dubl edərək bombardir oldu

17 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.

Press.az xəbər verir ki, azərbaycanlı hücumçular Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda “Desna”nı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Azərbaycanlı futbolçular bu qələbədə böyük pay sahibi olublar. Millimizin üzvü Nuriyev görüşdə dubl edib. O, qollardan birini penaltidən vurub. Sona qədər meydanda olan futbolçu digər qolun ötürməsini də verib. Əhmədzadə isə Nuriyevin 2-ci qolunun ötürməsini edib. Start heyətdə meydana çıxan Rüstəm 66-cı dəqiqədə əvəzlənib.

Nuriyev dubl etməklə bu mövsüm Ukrayna çempionatındakı qollarının sayını 10-a çatdırıb. O, Vladislav Kulaç ("Vorskla") və Viktor Tsıqankovla ("Dinamo", Kiyev) birlikdə bombardirlik yarışında ilk 3 sıranı bölüşdürür.

Qeyd edək ki, "Minay" 22 turdan sonra 18 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI