Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

17 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasının 23-cü turunda bu gün "Zirə"ni qəbul edəcək "Neftçi" oyuna ciddi itki ilə çıxacaq.

Press.az xəbər verir ki, bunu klub televiziyasına açıqlamasında komandanın baş həkimi Şaiq Zöhrablı bildirib. Onun sözlərinə görə, müdafiəçi Tallison Diasın ötən gün məşqin sonunda arxa əzələsində dartılma müşahidə olunub. O, braziliyalı futbolçunun bugünkü oyunu buraxacağını deyib:

"Futbolçunun müalicəsi davam edir. Əvəzində zədələrini bərpa edən Əhməd Əhmədov və Fəhmin Muradbəylinin fiziki durumları ilə bağlı problem yoxdur və oyunda iştirak edə biləcəklər. Komandadan götürülmüş koronavirus testlərinin nəticəsi də mənfidir".

Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” – “Zirə” matçına saat 20:15-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI