Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ronaldo sıradan çıxdı

17 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo zədələnib.

Press.az "Footbal İtalia"ya istinadən xəbər verir ki, bu barədə baş məşqçi Andrea Pirlo danışıb. O, 36 yaşlı hücumçunun  A seriyasının 31-ci turunda “Atalanta” ilə matçı da buraxacağını bildirib:

“Əhəmiyyətli bir oyunçu oynamayacaq. Ronaldo ayaq əzələsindəki problemlər səbəbindən meydanda olmayacaq. Onu səfərə aparmaq çox riskli olardı. Ümid edirik Kriştiano tez sağalar. Problem son oyundan- “Cenoa” ilə görüşdən sonra ortaya çıxdı. Bu həftə istədiyi kimi məşq edə bilmədi. “Atalanta” ilə görüşdə Dibala start heyətdə olacaq”.

Qeyd edək ki, aprelin 18-də keçiriləcək “Atalanta” – “Yuventus” qarşılaşması Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI