Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cüdoçularımız Avropa çempionatı ilə erkən vidalaşdılar

17 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayıb.

Press.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən yarışın ikinci günündə 81 kq çəki dərəcəsində Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayıb.

Fətiyev 1/16 finalda türkiyəli Vedat Albayrakla qarşılaşıb və ipponla uduzub. Almaniyalı Niklas Blöxl üzərində qələbə qazanan Heydərov isə növbəti raundda Belçika təmsilçisi Matias Kasseyə qızıl xal bölümündə uduzaraq, yarışla vidalaşıb.

Ölkəmizdən yarışa ümumilikdə 9 cüdoçu qatılıb. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, ötən gün start götürən Avropa çempionatına aprelin 18-də başa çatacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI