Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN-dən Kürdəmirdə qarşısı alınan qalmaqallı toyla bağlı AÇIQLAMA - VİDEO

17 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi Kürdəmirdə karantin qaydalarını pozaraq keçirilən toy mərasiminin qarşısı alınarkən polislə vətəndaşlar arasında yaşanan xoşagəlməz hadisə barədə açıqlama verib.

Belə ki, açıqlama verən DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, övladına toy etməyi hər bir vətəndaşımıza arzu edirik, lakin pandemiya dövründə, ölümcül virusun geniş yayıldığı zamanda belə kütləvi tədbirlərin keçirilməsi vətəndaşların sağlamlığı baxımından həm təhlükəli, həm də yolverilməzdir:

“Lakin, təəssüflər olsun ki, toy, yas, ad günləri və digər belə kütləvi tədbirlər keçirməyə cəhd hallarına rast gəlirik. Sözsüz ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları tərəfindən belə cəhdlərin qarşısı alınır. 

Aprelin 10-da Kürdəmir rayonunun Ərşəli kəndində toy mərasiminin keçiriləcəyi barədə polisə məlumat daxil olub və ərazidə xidmətdə olan bir neçə əməkdaş ünvana gedərək toyun keçirilməsinin yolverilməz olduğu barədə toy sahibinə xəbərdarlıq edilib.

Lakin çox təəssüflər olsun ki, orada olan bir neçə qadın polis əməkdaşlarına qarşı aqressiv davranaraq Azərbaycan xanımına yaraşmayan hərəkətlərə və ifadələrə yol verib. Buna baxmayaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, tədbirin keçirilməsinin qarşısı alınıb”.

Oxu.az

Oxşar xəbərlər
OTACI