Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə Balakəndə növbəti reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tibbi maskalardan istifadə etməyən vətəndaşlarla profilaktik söhbətlər aparıblar. Obyekt sahibləri, alıcı və satıcıların diqqətinə karantin qaydalarına riayət etmələrinin vacibliyi çatdırılıb, qanunun tələbləri bir daha onlara izah edilib. Tədbir zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan, qaydalara biganə yanaşan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Həmçinin, ictimai nəqliyyat vasitələrində qoruyucu maskalardan istifadə etməyən sərnişin və sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər də Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib. Onların barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI